BAKI, 16 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı məşhurları hər il aprelin 16-da qeyd olunan Ümumdünya Səs Gününü qeyd etmək qərarına gəliblər.
Müğənnilər və aparıcılar öz Instagram səhifələrində həmyerlilərini və həmkarlarını təbrik edən videoçarxlar yerləşdiriblər. Onlar da öz növbələrində məşhurları səslərini qorumağa çağırıblar. Videotəbriklərdə Mənsum İbrahimov, Samir Cəfərov, Sevda Ələkbərzadə, Fidan Hacıyeva, Aqşin Abdullayev, Ceyhun Əli, Qəzənfər Abbasov, Gültac Əlili, Elnur Zeynalov, İsgəndər Həsənzadə, Xəyyam Nisanov, Dilarə Kazımova, Eldar Qasımov və Eleonora Mustafayeva iştirak ediblər.
Qeyd edək ki, Dünya Səs Gününü (World Voice Day) qeyd etmək ideyası 1990-cı illərin sonlarında ortaya çıxıb. Bu gün insanların həyatında səsin roluna həsr olunub.
Beynəlxalq bayramın təsis edilməsinin təşəbbüskarı Amerika Otolarinqologiya Akademiyası olub. Bu bayramın məqsədi həkim-mütəxəssislərin, eləcə də Yer üzündəki bütün insanların diqqətini insan səsi fenomeninə – insanlara ünsiyyət qurmağa, hiss və duyğularını ifadə etməyə, gözəl səslərlə sevindirməyə imkan verən hədiyyəyə cəlb etməkdir.