BAKI, 16 aprel — Sputnik. Səbail rayonunda karantin qaydalarını pozan avtomobil təmiri ustası məhkəmənin qərarı ilə cərimə edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi ərazisində avtomobil təmiri sexində karantin qaydalarının pozulduğu məlum olub.
Polis əməkdaşları tərəfindən həmin sexdə işləyən paytaxt sakini Fəqan Məmmədov Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə edilib.