Türklər də maksimuma çatdılar, amma bu rəqəm çox üzücüdür

Türkiyədə bir sutka ərzində COVID-19-dan ölənlərin sayı pandemiya başlanan vaxtdan bəri maksimal həddə çatıb.
Sputnik

BAKI, 16 aprel – Sputnik. Türkiyədə koronavirusa yoluxanların sayı bir sutka ərzində 4.8 min nəfər, ölənlərin sayı isə 125 nəfər artıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Türkiyədə bir sutka ərzində ölənlərin sayı pandemiya başlanan vaxtdan bəri maksimal həddə çatıb.

“Bu gün 4801 yeni hal aşkarladıq, yoluxanların ümumi sayı 74193-dür. 125 xəstəmiz həyatını itirdi, ölənlərin ümumi sayı 1643 oldu. 7089 xəstəmiz isə sağaldı”, - Koca Twitter-də yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 2 milyonu, ölənlərin sayı isə 123 mini ötüb.