CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiətə zərər vuran cərimə edildi

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli rayon Prokurorluğuna göndərilib.
Sputnik

BAKI, 16 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı İmişli rayonu, Məmmədli kəndi ərazisində, "Həyat" kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.