SƏHİYYƏ

Sağalan insanların plazmasındakı anti-cisimlər ağır xəstələrə köçürüləcək - Azərbaycanda

"Qarşıdakı həftədən koronavirusdan sağalmış şəxsləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəyik. Onlardan alınan plazmalardan istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək"
Sputnik

BAKI, 16 aprel — Sputnik. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə bağlı tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin ictimai həyatda istifadə etdiyi tibbi maska və əlcəklərin atılmasına yönəlik layihə həyata keçirilməsinə başlanıb: “Hazırda atılan tibbi maskalar tibbi tullantılar deyil, sadəcə, tullantıdır. Tibbi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır.

Qarşıdakı həftədən koronavirusdan sağalmış şəxsləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəyik. Onlardan alınan plazmalardan istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək. Sağalan insanların plazmasında anti-cisimlər var”.

R.Bayramlı deyib ki,  COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürə bilərik.