RUSİYA

Putin bütün ölkənin gözlədiyi tədbiri təxirə saldı

Prezident qeyd edib ki, xəstəliyin yayılması ilə bağlı risklər ona bayram üçün hazırlaşmağa imkan vermir
Sputnik

Bakı, 16 aprel - Sputnik. 9 May Qələbə paradı koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bi barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə deyib. 

Prezident qeyd edib ki, xəstəliyin yayılması ilə bağlı risklər ona bayram üçün hazırlaşmağa imkan vermir. 

Dövlət başçısının sözlərinə görə, bütün təntənəli tədbirlər, o cümlədən Qələbə paradı ilə "Ölməzlər alayı"nın yürüşü bu il, amma bir qədər sonra keçiriləcək.