CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib

Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir.
Sputnik

BAKI, 16 aprel - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, M. Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib.

“Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm can sağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”, - deyə Birinci vitse-prezident qeyd edib.