BAKI, 16 aprel — Sputnik. Masallıda fərdi yaşayış evində partlayış baş verib.
Sputnik Azərbaycan-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.