BAKI, 16 aprel — Sputnik. Tərtərdə xüsusi karantin rejimini pozaraq qumar oynayan şəxslər saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qupundan məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisindəki avtomobil təmiri sexinin önündə 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Xüsusi karantin rejimini pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülərək protokol tərtib edilib.