CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki min işçinin maaşına əlavələr edildi

Yaşı 65-dən yuxarı 15 mindən çox tənha yaşlıya pandemiyadan qorunması məqsədilə sosial xidmət işçiləri tərəfindən evlərində sosial xidmətlər göstərilir.
Sputnik

BAKI, 16 aprel — Sputnik. "İki min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib".

Bu sözləri Sputnik Azərbaycan-a Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi davam etdiriləcək. Prezidentin Sərəncamı ilə xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon, şəhər şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfərin, ümumilikdə isə 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib.

Yaşı 65-dən yuxarı 15 mindən çox tənha yaşlıya pandemiyadan qorunması məqsədilə sosial xidmət işçiləri tərəfindən evlərində sosial xidmətlər göstərilir. Dövlət Sosial Müdafiə Fondunun direktoru bildirdi ki, sosial müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Həmçinin, özünüməşğulluq proqramının 11 min ailəni əhatə etməsi nəzərdə tutulur.