Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Bakıda keçirilən Türk Şurasının videokonfransı bir çox səbəbdən vacib idi:
“Bu gün dünyada bir çox təşkilatlar və birliklər koronavirus pandemiyasının yayılması səbəbindən fəaliyyətini davam etdirə bilmir. Amma Türk Şurası bu məqamda da birlik nümayiş etdirərək fəaliyyətini davam etdirir. Həmçinin budəfəki konfransda iqtisadi əməkdaşlığın uğurla inkişaf etməsindən danışıldı və Bakı-Tbilisi-Qars dəmiryolunun Mərkəzi Asiyaya qədər uzadılması müzakirə edildi. Türk Şurası post-koronavirus dönəminə hazır olduğunu göstərdi” .
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz