Nazirlər Kabineti yanında koronavirusla mübarizə üzrə Operativ Qərargahın qərarına əsasən 5 aprel tarixindən Azərbaycanın bütün rayon və şəhərlərində mərkəzi küçələr bağlanıb, parklar və istirahət mərkəzləri fəaliyyətini dondurub. Ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektləri işləmir.
Buna baxmayaraq, Sumqayıt küçələrində insanların kütləviliyinə rast gəlinir. Avtomobillər isə polislər tərəfindən xüsusi qaydada yoxlanılır. Şəhər sakinləri aprelin 20-də xüsusi karantin rejiminin ləğv olunacağına ümid edir.
Sumqayıtdakı son vəziyyətlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.