RUSİYA

Rusiyada koronavirusa rekord sayda yoluxma aşkarlandı

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 126 mindən çox adam isə virus səbəbilə ölüb
Sputnik

BAKI, 15 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 65 regionunda 3388 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 22 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 24490-a çatıb. Onlardan 1986-sı sağalıb, 198-i ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 126 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.