CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pilotsuz uçan aparatlar belə idarə olunur - VİDEO

Təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər
Sputnik

BAKI, 15 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.