CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin davam edəcək! Amma sonlandırılması barədə də plan hazırlanır

"Məktəblərin başlanması karantin rejimindən çıxandan sonra ola bilər. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki müzakirə mövzusu deyil"
Sputnik

BAKI, 15 aprel — Sputnik. "Karantin rejiminin uzadılmasına ehtiyac görürük. Karantin rejiminin tədricən sonlandırılması ancaq karantin rejiminin uzadılmasından sonra baş verə bilər".

İki cümlə azərbaycanlı müğənninin həyatını dəyişdi, karantin isə toya mane oldu

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, qeyd edib  ki, karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planı hazırlanır: "Karantin tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir. Bəllidir ki, karantin rejimi bir sıra məsələlərə, xüsusilə iqtisadi amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Çünki ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə deyib ki, karantin rejimindən çıxma məsələsi hazırda müzakirə olunmaqdadır: "Sabitləşmə davam edərsə, istiqamətin müsbətə yönəlməsi deməkdir. Amma bu, virusa qalib gəlmək deyil. Ola bilər ki, vəziyyət Azərbaycanda yaxşı olar. Amma bu o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu, hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxandan sonra ola bilər. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki müzakirə mövzusu deyil".