CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxlı ailə iki qızını birdən itirdi

Bacılar Qax rayonundan gələrək, Bakıda reklam agenti kimi çalışıblar. Onlar digər bir rəfiqələri ilə 2017-ci ildən bu ünvanda kirayə qalırmışlar
Sputnik

BAKI, 15 aprel — Sputnik. Bakının Xətai rayonunda iki bacı dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan hüquq mühafizə orqanlarına istinadla xəbər verir ki, Xətai rayonu Gəncə prospekti bina 34-də kirayə yaşayan 1992-ci il təvəllüdlü Mustafazadə Aygün Elxan qızı və bacısı 1993-cü il təvəllüdlü Mustafazadə Aytən Elxan qızı dəm qazından zəhərləniblər.

Araşdırma zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək, Bakıda reklam agenti kimi çalışıblar. Onlar digər bir rəfiqələri ilə 2017-ci ildən bu ünvanda kirayə qalırmışlar.