CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki cümlə azərbaycanlı müğənninin həyatını dəyişdi, karantin isə toya mane oldu

Sevda Yəhyayeva sosial təcrid dövrünün başa çatmasından sonra, internetdə tanış olub seçdiyi şəxsə ərə getmək niyyətindədir.
Sputnik

 

BAKI, 15 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanda karantin bitirdikdən sonra məşhur azərbaycanlı müğənni Sevda Yəhyayeva koronavirus pandemiyasına görə təxirə salmaq məcburiyyətində qaldığı toyunu etmək niyyətindədir. İfaçı Sputnik Azərbaycan-a müsahibəsində gözlənilən toy mərasimi və nişanlısı barədə ətraflı məlumat verib.

- Sevda, nişanlınızla tanışlığınız necə baş tutub?

- Bilirsiniz, şəxsi  həyatım barədə danışmağı sevmirəm. Heç vaxt fikirləşməmişəm ki, həyatımın hansı məqamında, neçə yaşımda ərə gedəcəyəm. Mənim özüm üçün bu gözlənilməz oldu. Toyadək hər şeyi gizli saxlamaq istəyirdim, alınmadı. Heç bilmirəm, jurnalistlər haradan xəbər tutdular. Mən dəfələrlə demişəm ki, özümü ailə həyatına hazır hiss edirəm, lakin bilmirdim ki, hər şey belə tez baş verəcək. Hələ də inana bilmirəm.

Biz Instagram-da tanış olduq. Mənə çoxlu sevgi mesajları gəlir, amma heç vaxt onlara cavab vermirəm. Onun mesajı isə diqqətimi cəlb etdi. Onadək heç tanış da deyildik. O mənə cəmi iki cümlə yazmışdı, lakin onlar o qədər gözəl yazılmışdılar ki, cavab vermək qərarına gəldim. Başa düşdüm ki, o mənə uyğundur. Belə bir adama rast gəldiyimə görə şadam.

- Niyə sevgilinizin şəklini sosial şəbəkədə göstərmirsiniz?

- Karantin bitəndən sonra birgə şəklimizi paylaşacağam.

- Nişanınız karantinə görə baş tutmadı…

- Bəli, biz martda nişanı planlaşdırırdıq, lakin edə bilmədik. Karantin qurtarandan sonra toy edəcəyik. Toya KİV nümayəndələrini dəvət edəcəyəm. Mən geniş tanınan şəxs olduğum üçün hər kəs şad günümün şahidi olmalıdır. Toy gününü deyə bilmərəm, çünki hazırkı vəziyyətin nə qədər çəkəcəyi bilinmir. Özümə heç gəlinlik də seçməmişəm.

- Bir çox müğənnilər ərə getdikdən sonra səhnədən uzaqlaşırlar, siz yaradıcılığa davam edəcəksiniz?

- Xeyr, mənim sənətdən getmək fikrim yoxdur. Mən uşaqlıqldan səhnədə olmağı arzulamışam. Çox şükür, öz çalışqanlığım nəticəsində arzumu həyata keçirə bildim və artıq çox illərdir ki, sevimli işimlə məşğulam. Mənim öz auditoriyam var, ona görə də hər şeyi atıb gedə bilmərəm.

Mən həmişə deyirdim ki, ərə gedəcəyim şəxs hər şeydə, həm zahirən, həm də daxilən mənə uyğun olmalıdır. Biz eyni cür düşünməliyik. Başa düşməlidir ki, mən yaradıcı adamam, müğənniyəm və məni olduğum kimi qəbul etməlidir. Şadam ki, bəxtim gətirib və belə bir kişiyə rast gəlmişəm. Sevgilim mənim işimə hörmətlə yanaşır və başa düşür. O mənim səhnədə çıxış etməyimin əleyhinə deyil və hətta məni dəstəkləyir, məsləhətlərini verir. Mən həm ailəmlə, həm də yaradıcılıqla məşğul olacağam.

- Müğənnilər həmişə asudə vaxtlarının olmamasından şikayətlənirlər, indi isə karantinə görə boş vaxtınız çoxdur. Evdə vaxtınızı necə keçirirsiniz?

- Mən də hamı kimi evdə otururam. Əsasən yarımçıq qalmış layihələrimlə, idmanla məşğul oluram, yeni mahnılar yazdırıram, yemək hazırlayıram, oxuyuram, ailəmlə vaxt keçirirəm.