ABŞ-da koronavirusla bağlı ikinci dalğa olacaq - Proqnozu da verildi

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 582 min 468 nəfərə çatıb.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Birləşmiş Ştatlarda koronavirus epidemiyası yaxın günlərdə səngiyəcək, lakin epidemiyanın ikinci dalğası olacaq ki, o da öz pik nöqtəsinə qışda çatacaq. Sputnik Azərbaycan "Business Insider" nəşrinə istinadən xəbər verir ki, bunu "Morgan Stanley" bankının analitikləri ABŞ-dakı vəziyyəti proqnozlaşdırarkən bildirib.

ABŞ-da fəlakət rejimi elan edildi

Analitiklər hesab edirlər ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının sayı 1,4 milyona çatacaq. Pandemiya SARS-CoV-2 üçün vaksin hazır olana qədər aktual olacaq. Vaksin isə 2021-ci ilin yazından tez hazır olmayacaq.

Qeyd olunur ki, analitiklərin əvvəlki proqnozları daha optimist idi. Belə ki, onlar bir ay əvvəl ABŞ-da yalnız 200 minə qədər yoluxma olacağını bildirirdi.

Xatırladaq ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 1 920 918-ə çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 119 686 nəfər vəfat edib, 449 230 minə yaxın şəxs isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 582 min 468 nəfərə çatıb. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 170 099 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.