FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tarixi şəhərin tarixi günləri

Sputnik

Dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu xəstəliyin yayılmasının qarşısını alınması məqsədilə ölkəmizdə artıq xeyli müddətdir xüsusi karantin rejimi tətbiq edilib.

Azərbaycanın bütün rayon və şəhərlərinin əsas küçə və prospektlərində postlar qurulub. Yol polisinin, post-patrul xidmətinin əməkdaşları və Daxili Qoşunların hərbçiləri gücləndirilmiş iş rejimində işləyirlər. Bunu nəzərə alan vətəndaşlarımızın böyük əksəriyyəti qaydalara əməl edərək evdən çıxmamağa üstünlük verirlər. Nəticədə, daim alışıq olduğumuzdan fərqli olaraq küçə və prospektlərdə, meydan və parklarda nəqliyyata və insanlara az rast gəlmək olur.

Belə günlərdə respublikanın ikinci ən böyük şəhəri olan Gəncədə də vəziyyət digərlərindən fərqlənmir. Gəncə bu gün tarixinin bəlkə ən sakit günlərini yaşayır. Bu tarixi anlara Sputnik Azərbaycan-ın fotolentində şahid ola bilərsiniz.

1 / 17
Gəncə şəhərində xüsusi rejim zamanı boş qalmış park
2 / 17
Polis və Daxili Qoşunların əməkdaşları Gəncədə vətəndaşın çölə çıxmağa icazəsini yoxlayırlar
3 / 17
Hüquq-mühafizə xidmətləri Gəncədə xüsusi rejimə nəzərət edirlər
4 / 17
Karantin günlərində Gəncədə boş qalmış küçə
5 / 17
Polis və Daxili Qoşunların əməkdaşları Gəncədə xüsusi rejimə nəzarət edirlər
6 / 17
Karantin zamanı Gəncədə boş qalmış yollar
7 / 17
Gəncə şəhəri karantin zamanı
8 / 17
Gəncə Şəhər İcra Hakimiyyəti binasının qarşısında karantin müddətində bağlanmış park
9 / 17
Polis işçisi Gəncə şəhərində sürücünün çölə çıxmaq üçün icazəsini yoxlayır
10 / 17
Gəncə şəhərində Şah Abbas məscidinin qarşısında boş qalmış park
11 / 17
Polis əməkdaşları Gəncədə vətəndaşların çölə çıxmaq üçün icazələrini yoxlayırlar
12 / 17
Gəncədə karantin müddətində parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib
13 / 17
Gəncədə xüsusi rejim zamanı boş qalmış küçə
14 / 17
Polis əməkdaşı sürücünün icazəsini yoxlamaq üçün özünü təqdim edir
15 / 17
Qoruyucu maskada olan qadın Şah Abbas məscidinin qarşısında
16 / 17
Gəncədə karantin zamanı boş qalmış küçə
17 / 17
Daxili Qoşunlar və polis əməkdaşları Gəncədə xüsusi rejimə nəzarət edirlər