İQTİSADİYYAT

Hərrac keçirildi: Dollara tələbat artıb

Hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda dollara tələb aprelin 9-na nisbətən 1,5 milyon ABŞ dolları və ya təxminən 2,7% artıb.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Aprelin 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda dollara tələb aprelin 9-na nisbətən 1,5 milyon ABŞ dolları və ya təxminən 2,7% artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.