CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantini “unutmaq” üçün xeyir-şər evində qumar oynadılar

Qumar və digər stolüstü oyunlar oynayanlar polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər
Sputnik

BAKI, 14 aprel — Sputnik. Xeyir-şər evində xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynayaraq karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilərin barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.