RUSİYA

Hüseyn rus müğənninin ən bahalı paltarını yandırtdı, əriştə vannasında çimdirdi - FOTO

Onlayn savaşda qalib gəlmək üçün rusiyalı müğənni məşhur blogerin bütün tapşırıqlarına əməl etməli oldu
Sputnik

BAKI, 14 aprel — Sputnik, Kəmalə Əliyeva. Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov müğənni Olqa Buzovanı içinə "Doşirak" (əriştə) tökülmüş vannada çimməyə, saçını kəsməyə, bahalı paltarlarını yandırmağa və televizorunu sındırmağa vadar edib.

Sputnik Azərbaycan bildirir ki, karantinlə bağlı Rusiyada məşhurlar özləri və izləyiciləri üçün qeyri-standart əyləncələr fikirləşib tapırlar. Buzova artıq bir neçə blogerlə yarışıb. Bu dəfə onun rəqibi Hüseyn Həsənov olub. Qalib gəlmək üçün Olqa Hüseynin bütün tələblərinə əməl edib: saçını kare kəsib, qiyməti milyon rublu aşan üç donunu yandırıb, öz televizorunu çilik-çilik edib, axırda da bişmiş əriştə tökülmüş vanna qəbul etməli olub.

Hüseyn rus müğənninin ən bahalı paltarını yandırtdı, əriştə vannasında çimdirdi - FOTO

Müğənni Instagram-dakı səhifəsində etiraf edib ki, ən sevmədiyi şərt onsuz da qısa olan saçını kəsdirmək olub. O, heç gözləmirmiş ki, oyun onu belə radikal addım atmağa vadar edə bilər.

Hüseyn rus müğənninin ən bahalı paltarını yandırtdı, əriştə vannasında çimdirdi - FOTO

Yarış isə heç-heçə bitib: çünki Həsənov da, Buzova da bir-birinə verdikləri tapşırıqların öhdəsindən gəliblər.

Olqa Buzova - rusiyalı teleaparıcı, müğənni, teatr, kino və dublyaj aktrisasıdır. "TNT" telekanalındakı "Dom-2" realiti-şousunun iştirakçısı və sonra aparıcısı kimi tanınır, 2008-ci ilin dekabrından "Mir realiti-şou. Dom-2" jurnalının şef redaktorudur.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub-böyüyüb. Öz videoçarxlarında adətən aktual məsələlərə toxunur və onlara bir az yumor qatır. Onun vaynlarının qəhrəmanları çox zaman məşhur rus və əcnəbi modellər olur. Hüseyn rusiyalı müğənnilərin kliplərinə də çəkilir, film və serial təkliflərini də geri çevirmir.

Aktyorluqdan əlavə, Həsənov həmçinin geyim dizaynı ilə məşğuldur. Özünün kostyum kolleksiyasını yaradıb. Hal-hazırda izləyicilərinin sayı 13 milyondur.