RUSİYA

Mənzil, ərzaq və siqaret – hakimiyyət və fəallar sərhəddə azərbaycanlılara kömək ediblər

Azərbaycan vətəndaşlarını Məhərrəmkənd rayonundakı baş məsciddə, Dərbənddəki xüsusi mehmanxana və pansionatda yerləşdiriblər. Onlara yerli hakimiyyət, kommersiya strukturları,
Sputnik

BAKI, 14 aprel – Sputnik, Lev Rıjkov. Aprelin 5-də gecə yarısından etibarən Azərbaycan hakimiyyəti koronavirusun yayılmasına görə sərhədləri bağlayıb. Bu zaman respublikanın 200-ə yaxın vətəndaşı Rusiya-Azərbaycan sərhədinə gedən yolda olub və Dağıstanda qalaraq evə getməyə macal tapmayıblar. Yerli hakimiyyət və Azərbaycan icması bu insanların köməyinə gəlib.

Dərbənd şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Telman Hacəliyevin Sputnik-in əməkdaşına dediyinə görə, sərhəddə sadə insanlar toplaşıb, çoxları uzaqdan gəliblər. Məsələn, Surqutdan gələn var.

"Onların bir çoxu işindən məhrum olub, çünki işlədikləri şəhərlərdə hansısa obyektlər bağlanıb. İşəgötürənlər deyiblər ki, "vəssalam, iş yoxdur". İnsanlara isə orada oturmaq və kirayəhaqqı ödəmək sərfəli deyil. Onlar fikirləşiblər ki, “yaxşısı budur, hara isə gedək”” – deyə Telman Hacəliyev bildirib.

Hacəliyevin sözlərinə görə, Azərbaycan vətəndaşlarının kifayət qədər məlumatlı olmaması faktoru da bu məsələdə rol oynayıb. Azərbaycanlılar arasında təsdiq edilməmiş belə bir məlumat yayılıb ki, şənbə günləri Azərbaycana buraxırlar. Sərhəddə buraxılışın olmaması ilə bağlı rəsmi məlumatlara çoxları diqqət yetirməyib.

"Kimisi uzaqdan gəlib. Kimisi də yəqin ki, yolda olub. Bu məlumatı onlar ya oxumayıblar, ya da eşitməyiblər. Keçidin olmayacağını elə burada, sərhəddə öyrəniblər. İnsanlar şənbə günü sərhəddən keçid olacağını düşünüblər", - deyə Telman Hacəliyev bildirib.

Ancaq növbəti şənbə, aprelin 11-də də sərhəd açmayıb.

Ehtiraslar sakitləşdi

"Bəzi KİV-lərdə belə bir məlumat yayılıb ki, biz Azərbaycan vətəndaşlarını sərhədimizdən buraxmırıq, lakin bu, həqiqətə uyğun deyil. Biz də qonşularımızın öz evlərinə çatmasında maraqlıyıq. Çünki, açığı, vəziyyətlə bağlı meəyyən çətinliklərimiz var və vətəndaşlara görə məsuliyyət daşıyırıq”, - Dağıstan Respublikasının (RF subyekti) rəhbəri Vladimir Vasilyevin rəsmi bəyanatında deyilir.

Sərhədə gələn Azərbaycan vətəndaşları Dağıstanın Məhərrəmkənd rayonunun Cümə məscidində sığınacaq tapıblar. Yerli administrasiya onları müntəzəm qida ilə təmin edib. 21 nəfər özəl mehmanxanada yerləşdirilib. Bununla belə, Azərbaycan vətəndaşları sərhədi qanunsuz keçməyə chd ediblər.

Mənzil, ərzaq və siqaret – hakimiyyət və fəallar sərhəddə azərbaycanlılara kömək ediblər

"Nəticədə keçiddə özbaşınalıq edərək vəziyyəti gərginləşdirən beş nəfər saxlanılıb, onlarla bağlı protokol tərtib edilib. Radikallar bu vəziyyətdən istifadə edərək onu gərginləşdirəmə çalışırlar. Bu isə həm bizim üçün, həm də Azərbaycan tərəfi üçün çox pisdir", - Dağıstan rəhbərinin bəyanatında deyilir.

Ehtiraslar sakitləşdikdən sonra yerli hakimiyyət orqanları və Azərbaycan icmasının nümayəndələri problemin həllinə qoşulublar.

“Şənbə günü Azərbaycan Respublikasının səfirliyinin dəstəyi ilə 130 nəfər Dərbənd şəhəri ətrafında, dənizin sahilindəki "Çayka" Sağlamlıq Kompleksində yerləşdirilib. Kommersiya strukturlarının nümayəndələri, fərdi şəxslər onları isti yeməklə təchiz edirlər. Bizdə, Dərbənddə Qəni Pənahov kimi elə ictimaiyyətçi adamlar var ki, bir neçə gün həmyerlilərimizə yemək verib, avtobus tutaraq onların sağlamlıq kompleksinə yerləşdirilməsinə kömək edib.”, - Dərbənd şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Telman Hacəliyev bildirib.

Məhərrəmkənd rayonunda Cümə məscidinin ərazisində qalmış yetmişdən çox insan həkimlərin və polislərin nəzarəti altındadır.

Siqaretə görə

Azərbaycan vətəndaşlarına yerli hakimiyyət nümayəndələri də baş çəkirlər. Dərbənd icra hakiminin müavini Vidadi Zeynalovun dediyinə görə, vətəndaşların turizm obyektinə köçürülməsindən sonra hərarət biraz azalıb.

"Mən bu adamlarla iki saat vaxt keçirmişəm. Biz demək olar ki, hamı ilə ünsiyyətdə olmuşuq. Bildiyimə görə, asayiş orqanları deyirlər ki, Azərbaycan vətəndaşları onları siqaret üçün buraxmağı xahiş edirlər. Aydındır ki, siqaret ilkin zəruri mallarının siyahısına daxil edilmir. Biz sorğu göndərdik və səyyar avtolavka təşkil etdik ki, onları ilkin zəruri sayılmayan müvafiq mallarla təchiz edək. Onlar ilkin zəruri tələbat malları ilə təchiz olunublar. Onların qalmağa yeri, sığınacağı, yeməyi və yataq dəstləri var”, - deyə Vidadi Zeynalov bildirib.

Mənzil, ərzaq və siqaret – hakimiyyət və fəallar sərhəddə azərbaycanlılara kömək ediblər

Koronavirusla bağlı yaranmış gərgin vəziyyətə görə Azərbaycan aprelin 20-dək sərhədlərini bağlamaq məcburiyyətində qalıb. Aprelin 12-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu vətəndaşlara müraciətində onları sərhədə gəlməməyə və səbirli olmağa çağırıb.

Azərbaycan səfirliyi həmçinin həmvətənlərdən Rusiyadakı karantin rejiminə riayət etməyi və aprelin 20-dək səfirlik və konsulluqlarda qeydiyyatdan keçməyi xahiş edib.

“Vətəndaşların ölkə daxilindəki karantin nöqtələrində qəbul edilmə imkanını, həmçinin COVID-19 xəstəliyinin yayılma dinamikasını nəzərə alaraq səfirlik və konsulluqlarda qeydiyyata alınmış insanların müəyyən bir cədvələ uyğun olaraq qayıdışının təmin edilməsi məsələsinə baxılacaq”, - səfirlik Azərbaycanın Nazirlər Kabinetinin nəzdindəki Operativ Qərargahın məlumatını sitat gətirərək deyib.