CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kef çəkmək üçün üç ay pusquda durdu

Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib və bildirib ki, oğurladığı qızıl-zinət əşyalarını sataraq pulunu Bakıda xərcləyib.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar, fevral və mart aylarında rayon ərazisində 3 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, rayonun Çinarlı kənd sakini, 28 yaşlı Nicat Kərimov rayonun Aşağı Seyfəli kəndindəki evlərə gizli yolla daxil olaraq oradan ümumi olaraq, 14300 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıb.

Bakıda kef çəkmək üçün üç ay pusquda durdu

Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib və bildirib ki, oğurladığı qızıl-zinət əşyalarını sataraq pulunu Bakıda xərcləyib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.