Vəzifəli şəxslər də bu yardım üçün müraciət edir

Bəzi hallarda şöbə müdiri öz həyat yoldaşını, anasını və atasını, övladını qeydiyyatdan keçirməyə çalışır
Sputnik

BAKI, 14 aprel — Sputnik. “Birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən bəzi şəxslər meyarlara baxmadan müraciət edirlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli bildirib. Mustafa Abbasbəylinin sözlərinə görə, bu vəziyyət həmin prosesin gecikməsinə səbəb olur: "Bəzi hallarda şöbə müdiri öz həyat yoldaşını, anasını və atasını, övladını qeydiyyatdan keçirməyə çalışır. Belə hallar da az deyil. Bu vəziyyətdən istifadə etməyək. Haqqı olanı qabağa buraxaq".