TƏBİB-dən tibbi maskalardan istifadə ilə bağlı vətəndaşlara müraciət

Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qoruyucu tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda maskanı taxmazdan öncə əllərin ən azı 20 saniyə su və sabunla yuyulmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, su və sabun olmadığı halda əllər 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir. Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır.