Aprelin 25-i Azərbaycanda Ramazan ayının ilk günü olacaq.
Teoloq Hacı Adil Hüseynov Sputnik Azərbaycan-a deyir ki, dini kəsim də karantin şəraitinin tələblərinə mütləq riayət etməlidir:
“Bu gün camaat namazları dayandırılıb. Məqsəd insanların bir-biri ilə ünsiyyətini sıfıra endirməkdir. Böyük din alimləri karantin şəraitinin tələblərinə riayət olunması ilə bağlı fətva veriblər. Ramazanla əlaqədar təbliğat işlərini də internet üzərindən aparmaq olar. Doğrudur, bu, canlı ünsiyyətin yerini verməsə də, hazırda ən doğru forma budur”.
Hacı Adil Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz