CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nikahaqədər müayinə üçün müraciətlər azaldı

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. "Martın 15-dən etibarən nikahaqədər müayinə üçün müraciət edən cütlüklərin sayı azalıb. Apreldə 45 cütlük nikahaqədər müayinə üçün müraciət edib. Rəqəmlərdəki kəskin azalmaların səbəbi isə karantinlə əlaqədar olaraq yaranan vəziyyətdir". Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hazırda nikah qeydiyyatı şöbələri və nikahaqədər müayinə üçün "ASAN Xidmət"in müvafiq şöbəsi işləmir. Bundan başqa bildirilib ki, kəndlərlə rayonlar arasında yolların bağlanması da rəqəmlərin azalmasına təsir edib.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.