Gürcüstanda karantin sərtləşdirildi – Şəhərlərə giriş-çıxış bağlandı

Baş nazir qeyd edib ki, ölkədə tətbiq olunan fövqəladə halın may ayının 10-ə qədər uzadılması üçün ölkə prezidentinə müraciət edəcək.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Gürcüstan hökumət Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin Baş naziri Qeorqiy Qaxariya bildirib.

"Sabah, aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərində - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib.

Baş nazir qeyd edib ki, ölkədə tətbiq olunan fövqəladə halın may ayının 10-ə qədər uzadılması üçün ölkə prezidentinə müraciət edəcək.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 296-ya çatıb.

Məlumata əsasən son 24 saat ərzində daha 24 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 68-i sağalıb. Hazırda bu ölkədə 4 834 nəfər karantində, 434 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08 radələrində qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərində şəxsiyyət vəsiqəsi olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.