CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlənmək istəyənlərdə xəstəlik aşkarlandı

Qeyd olunub ki, ötən ay müayinədən keçən şəxslərdən 38-də sifilis, 11 nəfərdə isə QİÇS qeydə alınıb. Bundan əlavə, 3 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Bu ilin martında evlənmək istəyən 5043 nəfər tibbi müayinədən keçib. Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilib. Bildirilib ki, müayinə keçənlərin 213-də talassemiya daşıyıcılığı aşkarlanıb.

Qeyd olunub ki, ötən ay müayinədən keçən şəxslərdən 38-də sifilis, 11 nəfərdə isə QİÇS qeydə alınıb. Bundan əlavə, 3 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.