BAKI, 14 aprel — Sputnik. “Vətəndaşlardan xahiş olunur ki, əgər dövlətdən digər ödənişlər alırlarsa, 190 manat üçün müraciət etməsinlər”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev bildirib. C.Quliyev deyib ki, lüzumsuz müraciətlər birdəfəlik ödəməyə müraciət edən zaman sistemdə donmalara səbəb olur: “Sistemə müraciətlərin sayı da həddən artıq çox olur. Bizim sistem digər dövlət qurumlarının sistemi ilə inteqrasiya olunduğuna görə burada yükləmələr baş verir. Bu da müraciət edən vətəndaşların narazılığına səbəb olur”.