CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Xidmət"dən daha bir yenilik

Qeyd edək ki, "ASAN Xidmət" mərkəzlərinin xüsusi iş rejimindəki fəaliyyəti başa çatdıqdan sonra hazır sənədlərin müvafiq mərkəzlərdən götürülməsi imkanı da təmin ediləcək.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Hazırda www.tercume.asan.az onlayn tərcümə saytı vasitəsi ilə sənəd və ya mətnlərin tərcüməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu barədə "ASAN Xidmət"dən Sputnik Azərbaycan-a verilən məluatda bildiirlib. Belə ki, vətəndaş və ya ölkəmizdə olan əcnəbi şəxs sayt vasitəsilə tərcümə olunacaq məlumatı yükləyib tərcümə ediləcək dili seçir.

Əlaqə vasitəsi olaraq istifadəçinin emaili əsas götürülür. O cümlədən, telefon nömrəsini də qeyd etmək mümkündür. Həmçinin tərcümənin natorial təsdiqinin lazım olub-olmaması və kuryer vasitəsilə çatdırılması üçün seçim imkanları var.

Məlumat tərcümə mərkəzinə daxil olduqda istifadəçiyə bu barədə bildiriş emaili gəlir. Sonra tərcümə mərkəzinin əməkdaşı tərcümənin qiymətini təyin edir. Seçimə uyğun olaraq qiymətə notarius və kuryer qiymətləri də əlavə olunur. Bütün qiymətlər saytın "Qiymət cədvəli" menyusunda (http://tercume.asan.az/qiymet-cedveli) göstərilib.

Tərcümənin yekun qiyməti istifadəçinin emailinə daxil olduqdan sonra o "ASAN ödəniş" sistemi vasitəsilə ödəməni həyata keçirir. Ödənişdən sonra tərcümə həyata keçirilir.

Hazır sənədlər isə müvafiq olaraq email vasitəsi ilə göndərilə və kuryer vasitəsilə çatdırıla bilər.

Qeyd edək ki, "ASAN Xidmət" mərkəzlərinin xüsusi iş rejimindəki fəaliyyəti başa çatdıqdan sonra hazır sənədlərin müvafiq mərkəzlərdən götürülməsi imkanı da təmin ediləcək.