CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özümüz evdə, zibilimiz çöldə

"Təmiz Şəhər" ASC-dən verilən məlumata görə, #evdeqal aksiyasına start verilən gündən bu yana tullantıların sayında elə bir artım olmayıb
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Artıq bir neçə həftədir ki, bütün dünyada, o cümlədən də Azərbaycanda yayılan pandemiya ilə əlaqədar olaraq insanların təhlükəsizliyini qorumaq naminə #evdeqal aksiyasına start verilib. Maraqlıdır, bu müddətdə məişət tullantılarının aqibəti necə olur?

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Balaxanıda yerləşən zibillərin çeşidlənməsi zavodu hələlik fəaliyyətini dayandırıb. Burada da məqsəd insanların sıx toplaşmasının qarşısını almaqdır. Zibillərin çeşidlənməsi zavodu fəaliyyətini dayandırdığı üçün tullantıların hamısı yandırılır.

"Təmiz Şəhər" ASC-dən verilən məlumata görə, #evdeqal aksiyasına start verilən gündən bu yana tullantıların sayında elə bir artım olmayıb.