BAKI, 13 aprel — Sputnik. Amerikalı qadın koronavirusun yayılmasına baxmayaraq Luiziana ştatının hava limanına tamamilə çılpaq gəlib, sonra isə polis zabitini döyüb.
Sputnik Azərbaycan "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisəni Kolorado ştatının Mariel Verqara (Mariel Vergara) adlı 27 yaşlı sakini törədib.
Şahidlərin məlumatına görə, Verqara əynində heç bir geyim olmadan Nyu Orlean şəhərinin hava limanına gəlib. O, "Spirit Airlines" aviaşirkətinin qeydiyyat masasına yaxınlaşıb və reysə bilet almaq istəyib.
Lakin hadisə yerinə çağırılmış hüquq mühafizə orqanlarının əməkdaşları qadına uçmağa imkan verməyiblər və onu həbs ediblər. Cefferson dairəsinin polisi bildirib ki, Verqara həbs olunarkən müqavimət göstərib və polis zabitini döyüb.