RUSİYA

Kremldən bədbin proqnoz: yaxşılaşacağını gözləmirik

Aprelin 12-də hər iki ölkənin liderləri Vladimir Putin və Donad Tramp telefon danışığı həyata keçiriblər. Onlar neft bazarında vəziyyəti müzakirə ediblər.
Sputnik

BAKI, 13 aprel — Sputnik. Rusiya və Amerika münasibətlərinin yaxşılaşacağını gözləmirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Kreml Putin və Tramp arasında kontaktların müntəzəm hal almasına rəğmən, Rusiya-Birləşmiş Ştatlar arasında münasibətlərin yaxşılaşmasını gözləmir", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, aprelin 12-si hər iki ölkənin lideri Vladimir Putin və Donad Tramp telefon danışığı həyata keçirib. Onlar neft bazarında vəziyyəti müzakirə ediblər. Onlar neft hasilatının azaldılması üzrə OPEC+ razılaşmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, alyansın kommünikesində deyilir ki, neft hasilatının sutkada 9,7 milyon barel azalmasından sonra OPEC+ ölkələri 2020-ci ilin ikinci yarısında hasilatı 7,7 milyon barel azaldacaqlar.