CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni doğulmuş körpədə və anasında koronavirus aşkarlandı - VİDEO

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər
Sputnik

BAKI, 13 aprel — Sputnik. Təcili yardım birqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

Sputnik Azərbaycan Xezerxeber-ə istinadən bildirir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alırlar.

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.