CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB aparılmış testlərin sayını açıqladı

Ümumi yoluxma sayı 1098 olub. Ümumi ölüm sayı 11, sağalan xəstə sayı 250, aktiv xəstə sayı isə 837-dir.
Sputnik

BAKI, 13 aprel — Sputnik. TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistik göstəriciləri açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, aprelin 12-dək olan statistikada Azərbaycanda koronavirusla bağlı 3 000 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 66 667 test aparılıb. Ümumi yoluxma sayı 1098 olub. Ümumi ölüm sayı 11, sağalan xəstə sayı 250, aktiv xəstə sayı 837-dir. Reanimasiyada süni tənəffüs cihazında olan xəstə sayı 13/2-dir.