SƏHİYYƏ

Virusa yoluxanların sayı 1,8 milyona çatır

Ölənlərin sayına görə də ABŞ liderlik edir – 20 min 600 nəfər. İtaliyada ölənlərin sayı 19 468, İspaniyada16 min 606, Fransada 13 min 882 nəfər təşkil edir.
Sputnik

BAKI, 12 aprel – Sputnik. Bütün dünyada koronavirusa yoluxanların sayı sürtələ artmaqda davam edir. 

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda 1 milyon 778 min nəfər virusa yoluxub.

Daha çox xəstə ABŞ-da qeydə alınıb – 530 min nəfər. Bu rəqəm İspaniyada 163 min, İtaliyada 152 min, Fransada 130 min, Almaniyada 125 min təşkil edir. Virusun “vətəni” olan Çində 83 min nəfər xəstəliyə yoluxub.

Ölənlərin sayına görə də ABŞ liderlik edir – 20 min 600 nəfər. İtaliyada ölənlərin sayı 19 468, İspaniyada16 min 606, Fransada 13 min 882 nəfər təşkil edir. Yoluxanların sayına görə dünyada beşinci olan Almaniyada isə ölüm sayı aşağıdır - 2 min 871 nəfər.

Ümumilikdə isə bu dəqiqyə olan məlumata görə, bütün dünyada 108 min 902 nəfər virusun qurbanı olub.