BAKI, 12 aprel – Sputnik. Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 5,1 min nəfər artıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 52,1 min nəfəri ötüb.
"Son 24 saatda 33 170 test edilib, 5 138 yeni hal (koronavirusa yoluxma) qeydə alınıb. 95 xəstə öldü. İndi ölənlərin ümumi sayı 1 101, xəstələrin ümumi sayı 52 167 nəfər oldu", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.
Fahrettin Kocanın sözlərinə görə, virusa yoluxmuş 2 965 nəfər sağalıb.