RUSİYA

Rusiyada məhdudlaşdırma rejiminin ləğvindən danışdılar

Qolikova hesab edir ki, 14-16 aprel tarixləri aralığı həlledici olacaq. Onun sözlərinə görə, bu günlərdə Rusiyanın pik nöqtəyə çatdığı, yoxsa yoluxmanın davam etməkdə olduğu məlum olacaq.
Sputnik

BAKI, 12 aprel – Sputnik. Koronavirusun yayılması ilə bağlı tətbiq edilmiş məhdudlaşdırma tədbirləri yay aylarında tam ləğv edilə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə baş nazirin müavini Tatyana Qolikova bildirib.

Qonşuda epidemiyanın başa çatacağı zaman açıqlandı

Onun sözlərinə görə, hər şey vətəndaşların özünütəcrid rejiminə və sosial məsafəyə əməl etməsindən asılıdır: “Biz bunun üzərində möhkəm düşünməliyik. Çünki xəstəliyə qali gəlməyimiz hər birimizdən asılıdır”.

Qolikova hesab edir ki, 14-16 aprel tarixləri aralığı həlledici olacaq. Onun sözlərinə görə, bu günlərdə Rusiyanın pik nöqtəyə çatdığı, yoxsa yoluxmanın davam etməkdə olduğu məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, həkim-infeksionist Viktor Maleyev proqnozla çıxış edərək, koronovirus epidemiyasının iyunun əvvəlində Rusiyada başa çatacağını bildrimişdi.