BAKI, 12 aprel – Sputnik. İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4,6 bal gücündə zəlzələ baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 06:53 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.