İranda koronovirusdan daha 117 nəfər öldü

Nazirlik rəsmisi ötən 24 saat ərzində daha 1 657 nəfərin koronavirusa yoluxduğunu və İranda bu virusa yoluxanların sayının 71 686 nəfərə çatdığını, 3 930 nəfərin vəziyyətinin ağır qiymətləndirildiyini deyib
Sputnik

BAKI, 12 aprel — Sputnik. İranda ötən sutka ərzində yeni koronavirus (COVID19) nəticəsində 117 nəfər ölüb.

Sputnik Azərbaycan “IRINN”ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, İranda bu virus nəticəsində ölənlərin sayı 4 474 nəfərə çatıb.

Nazirlik rəsmisi ötən 24 saat ərzində daha 1 657 nəfərin koronavirusa yoluxduğunu və İranda bu virusa yoluxanların sayının 71 686 nəfərə çatdığını, 3 930 nəfərin vəziyyətinin ağır qiymətləndirildiyini deyib.

Cahanpur bildirib ki, indiyədək 43 894 nəfər sağalaraq evə buraxılıb.

İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 263 mindən çox test aparılıb.