Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də ölkədə koronovirusla mübarizə ilə bağlı əlavə tədbirlər barədə Sərəncam imzalayıb. Sərəncamda hər niri 200 yerlik olan 6 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub.
Bu addımlar pandemiya ilə mübarizə, infeksiyalı xəstələrin daha effektiv müalicə edilməsi, eləcə də tibb müəssisələrinə artmaqda olan tələbat nəzərə alaraq atılır.
Bakıda belə bir xəstəxana Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində tikilir. İcraçılar xəstəxananı ən qısa müddətdə təhvil verməyə söz verirlər.
Sizə Bakıdakı modul tipli tibb müəssisəsinin tikintisi gedən ərazidən kadrları təqdim edirik.