ABŞ-da fəlakət rejimi elan edildi

Ağ Evin rəsmi nümayəndəsi Cadd Dir özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib.
Sputnik

BAKI, 12 aprel – Sputnik. ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib.

Dünyada koronavirus qurbanlarının sayı 100 mini keçdi

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla məlumatına görə, Ağ Evin rəsmi nümayəndəsi Cadd Dir özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib.

"Tarixdə ilk dəfə prezident elan edir ki, eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi mövcuddur ", - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Tramp tərəfindən fövqəladə vəziyyət bu il fevralın 15-də və martın 13-də elan edilsə də, bütün ştatları əhatə etmirdi. 

Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071 nəfər ölüb.

ABŞ COVID-19 infeksiyası qurbanlarının sayına görə İtaliyanı qabaqlayaraq dünyada birinci yerə çıxıb.