SƏHİYYƏ

Bilmirik qorxaq, ya sevinək – Virus hələ də mutasiya edir

: Avstraliya və Birləşmiş Ştatlarda virusun "A tipi", Çində "B tipi", Avropa sakinlərində isə "B tipi"nin törəməsi olan "C tipi"nə daha tez-tez rast gəlinir
Sputnik

BAKI, 11 aprel — Sputnik. Alimlər dünyada yeni növ koronavirusun üç tipinin yayıldığını bildirib. Bu barədə Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir.

ABŞ-da yeni anti-rekord: Koronavirusdan 2,1 min adam öldü

Kembric Universitetinin tədqiqatçıları virusun genetik tarixini analiz etdikdən sonra bu nəticəyə gəliblər ki, virus dünyada yayıldıqca mutasiyaya uğrayıb.

İnsanlara keçən virusun ilkin tipi ən çox Avstraliya və Birləşmiş Ştatlarda yayılıb. Alimlər onu "A tipi" adlandırıb. Daha sonra bu virus "B tipi"nə mutasiya edib və Çində epidemiyaya səbəb olub. Avropa sakinlərində isə "B tipi"nin törəməsi olan "C tipi"nə daha tez-tez rast gəlinir.

Alimlər qeyd edirlər ki, virus mutasiya etməyə davam edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,7 milyonu keçib, 102 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.