HADİSƏ

Metil spirti daha iki can aldı – Sumqayıtda qardaşlar zəhərlənərək öldü

Sumqayıtda 48 və 38 yaşlarında olan iki qardaş metil spirti qəbul ediblər. Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağırlaşan hər iki qardaş ölüb
Sputnik

BAKI, 11 aprel — Sputnik. Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Bakıda ərzaq mağazaları da spirt və maska satışına başladı

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.