CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollarda karantin rejimini pozan 13 min nəfər saxlanıldı

Ümumilikdə paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Sputnik

BAKI, 11 aprel — Sputnik. Ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminə riayət edilməsi üçün tədbirlər davam edir.

Xüsusi karantin dövründə bir ilk həyata keçdi

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, xüsusi karantin rejiminin pozulmasına görə 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunur ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.