CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəaliyyətinə icazə verilən taksilərin sayı açıqlandı

Yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq,
Sputnik

BAKI, 11 aprel — Sputnik. Bu saata qədər artıq 679 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat (Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna) "icaze.e-gov.az" portalına Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən göndərilib. Bu barədə Sputnik Azərbaycan-a DANX-ın sektor müdiri Nuridə Allahyarova məlumat verib.

Taksilərdə qiymət artımı ilə bağlı açıqlama: Sui-istifadə edənlər...

O, bildirib ki, həmin şəxslərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilib. N. Allahyarova qeyd edib ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkədə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə bir şəraitdə müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən DANX qarşısında duran əsas vəzifələrdən biri də əhalinin dayanıqlı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri ilə təmin edilməsidir.

Xüsusi karantin rejimində əhalinin taksi xidmətləri ilə təmin edilməsi məqsədilə mart ayında fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmiş daşıyıcılar barədə müvafiq məlumatlar Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "icaze.e-gov.az" portalında yerləşdirilib və həmin daşıyıcılar aprel ayında taksi xidməti göstərə bilərlər. Respublikanın digər şəhərlərində taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətinin müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə daşıyıcılar həmin ərazilərdə yerləşən "Azərpoçt" MMC-nin mərkəzi poçt filiallarında (şöbələrində) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına yaxınlaşaraq "icaze.e-gov.az" portalında qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər. Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinin tənzimlənməsi digər aidiyyəti qurumlar tərəfindən təmin edilir. "Xüsusi karantin rejimində sui-istifadə hallarına yol verilməməsi məqsədilə son 6 ay ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icazə alan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti təhlükəsizlik və istismar tələblərinə uyğun olan, zəruri sanitariya və gigiyena qaydalarına riayət edən daşıyıcıların fəaliyyətinə icazə verilməsinə üstünlük veriləcək.