CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əvvəllər "fahişəliyə cəlb etmə" ilə məhkum olunan şəxs yenə həbs olundu

Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib
Sputnik

BAKI, 10 aprel — Sputnik. Paytaxtın Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunan 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək xüsusi karantin rejimi qaydalarını pozaraq üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib.

Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.