CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzlərlə tikinti obyektində işlər dayandırılıb

Hesabatda bildirilib ki, 74 min mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleksə) dair müsbət rəy tərtib edilərək aidiyyəti üzrə təqdim olunub və istifadəyə verilib.
Sputnik

BAKI, 10 aprel — Sputnik. 2019-cu il yanvarın 1-dək tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən çoxmənzilli yaşayış binalarının yükdaşıyan konstruksiyalarının dayanıqlığı və möhkəmliyi, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi və liftlərin istismara hazırlığı baxımından müayinəsi həyata keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında İcmal Hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, 74 min mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleksə) dair müsbət rəy tərtib edilərək aidiyyəti üzrə təqdim olunub və istifadəyə verilib.

Eyni zamanda, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 8635 obyektdə dövlət nəzarəti qaydasında yoxlama işləri aparılmış və tikinti işləri zamanı pozuntuların aradan qaldırılması üçün 648 tikinti obyektinə tikinti işlərinin dayandırılması barədə qərar verilib.